...

Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət edib (FOTO)

Gündəm Materials 25 Noyabr 2021 18:39 (UTC +04:00)
Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət edib (FOTO)

Bakı. Trend:

Şuşada səfərdə olan Baş prokuror Kamran Əliyevin və İstanbulun Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinə Şuşanın tarixi yerlərini göstərdik.

Trend-in məlumatına görə, bunu Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov özünün "Twitter" hesabında bildirib.

"Qonaqlar erməni işğalı zamanı dağıdılmış, şəhər azad olunandan sonra isə qısa zamanda bərpa edilmiş Vaqifin məqbərəsi, Şuşa qalası, Bülbülün evi və Yuxarı Gövhərağa məscidi ilə tanış oldular. Eyni zamanda, mədəni-tarixi irsimizin vacib hissəsi olan digər abidələrin bərpa prosesi haqqında da qonaqlara məlumat verdim" - deyə, A.Kərimov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti