...

ABŞ səfiri Tərtərə səfər edib (FOTO)

Gündəm Materials 1 Dekabr 2021 18:09 (UTC +04:00)
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)

Bakı. Trend:

ABŞ səfiri Litzenberger Tərtər rayonunun Şəhlabad və Əskipara kəndlərinə səfər edib.

O, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu proqramı çərçivəsində kəndlərdə Birləşmiş Ştatlar tərəfindən maliyyələşdirilən BMT QAK proqramları ilə tanış olmaq üçün BMT QAK-in Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Səfir Litzenberger, həmçinin kəndlərin münaqişədən zərər çəkmiş sakinləri ilə görüşüb, onların həyatı və keçmiş təmas xəttinə yaxın ərazidə yaşadıqları çətinliklərlə tanış olub.

Qeyd edilib ki, Birləşmiş Ştatlar 3,9 milyon dollardan çox maliyyə vəsaiti ilə BMT QAK-in Azərbaycandakı proqramlarının ən böyük maliyyə dəstəkçisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti