...

Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib

Gündəm Materials 5 Dekabr 2021 16:27 (UTC +04:00)
Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, nazir bununla bağlı "Twitter"-dəki rəsmi səhifəsində paylaşım edib.

"5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram", - deyə Ceyhun Bayramov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti