...

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? - İnfeksionistdən AÇIQLAMA

Gündəm Materials 5 Yanvar 2022 15:15 (UTC +04:00)
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? - İnfeksionistdən AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb. Virusun əsas simptomları qızdırma, boğaz ağrısı, burun axması və bəlğəmli öskürəkdən ibarətdir.

Bunu Trend-ə açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

M.Əliyev bildirib ki, yeni yayılan virusa əsasən uşaqlar yoluxur.

"Uşaqlar arasında yayılan xəstəliyin mövsümlə əlaqəli infeksiya, yoxsa koronavirus olması valideynlər arasında müəyyən təşvişə səbəb olub. Virus əlamətlərinə görə, koronovirusa bənzəyir. Belə xəstəliklərlə qarşılaşan valideynlər ilk növbədə aidiyyəti üzrə həkimə müraciət edib test verməlidir. Bu virusa yoluxanların əksəriyyəti COVID-19 testi versələr də, nəticləri neqativ çıxıb. Görünən odur ki, yayılan mövsümi qrip virusdur. Uşaqlar virusa əsasən bağçalarda, məktəblərdə yoluxur. Uşaq xəstədirsə, evdən çıxmamağı daha məqsədəuyğundur. Xəstəliyə yoluxanlar çoxlu maye qəbul etməli, meyvə yeməli və dərman qəbul etməlidirlər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti