...

2021-ci ildə cinayət hadisələrinin sayı azalıb

Gündəm 18 Yanvar 2022 18:12 (UTC +04:00)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb

Bakı. Samir Əli - Trend:

2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3, o cümlədən qəsdən adam öldürmələr 13, adam öldürməyə cəhdlər 16,7, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, soyğunçuluqlar 26 faiz azalıb.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclasında Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir qeyd edib ki, həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

"Qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitən çıxarılıb. 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanıb məhv edilib", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti