...

Ərazi bütövlüyünün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişafına səbəb olacaq - YAP-ın sədr müavini

Gündəm 25 Yanvar 2022 11:22 (UTC +04:00)
Ərazi bütövlüyünün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişafına səbəb olacaq - YAP-ın sədr müavini

Bakı. Elçin Mehdiyev - Trend:

Ərazi bütövlüyünün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişafına səbəb olacaq.

Trend-in xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

T.Budaqov vurğulayıb ki, ərazi bütövlüyünün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişafına səbəb olacaq.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır.

İşğaldan azad edilmiş ərazilərin bərpası bu bölgəni təkcə ölkəmizdə yox, dünyada sürətlə inkişaf edən diyara çevirəcək. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir”- deyə T.Budaqov bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti