...

Hərbi hissədə taktiki təlim keçirilib (FOTO)

Gündəm Materials 1 Mart 2022 10:07 (UTC +04:00)
Hərbi hissədə taktiki təlim keçirilib (FOTO)

Bakı. Trend:

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti