Bakı. Trend:
Kanada hakimiyyəti Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyadan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə mətbuat konfransı zamanı Kanadanın Baş naziri Castin Trüdo bildirib.
"Siyahıya keçmiş və indiki yüksək vəzifəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir",- deyə C.Trüdo qeyd edib.