Bakı. Trend:
Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası yaradılıb.
Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, məqsədimiz ölkəmizdə yaşayan əcnəbilərin inteqrasiyasına yönəlik təşəbbüslər yaratmaqdır. Eyni zamanda, gələcəkdə inteqrasiya mərkəzlərinin yaradılması istiqamətində müzakirələr aparılır.