...

XIX əsrdən Qafqazda məskunlaşdırılmağa başlayan ermənilər bölgəni “qan çanağı”na çevirdilər - Allahşükür Paşazadə

Gündəm Materials 29 Mart 2022 14:34 (UTC +04:00)
XIX əsrdən Qafqazda məskunlaşdırılmağa başlayan ermənilər bölgəni “qan çanağı”na çevirdilər - Allahşükür Paşazadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirdilər.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi.

“Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə dırnaqarası "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar.

Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər – 250 mindən artıq azərbaycanlınin Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur”, - deyə A.Paşazadə bildirib.

O qeyd edib ki, şükürlər olsun ki, Azərbaycan xalqı 44 günlük haqq mücadiləsi — Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Ordusunun rəşadəti sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, Qarabağı erməni işğalından azad etdi.

“Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri və ziyarətgahlarına yeni həyat verir. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Qarabağa hər səfəri zamanı dövlət əhəmiyyətli obyektlərin təməlinin qoyulması ilə yanaşı dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması ilə bağlı əsaslı layihələrin gerçəkləşdirilməsinə hamı şahiddir”, - deyə A.Paşazadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti