...

Dövlət Komitəsi Ramazan ayı ilə bağlı monitorinqin nəticəsini açıqlayıb

Gündəm Materials 21 Aprel 2022 10:49 (UTC +04:00)
Dövlət Komitəsi Ramazan ayı ilə bağlı monitorinqin nəticəsini açıqlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini duruma nəzarət məqsədilə ölkəmizin şəhər və rayonlarındakı dini məkanlarda, televiziya kanallarında, radiolarda, internet resurslarında davamlı olaraq monitorinqlər həyata keçirilir. Eyni zamanda, bu kimi monitorinqlər Ramazan ayı boyunca da mütəmadi olaraq davam etdirilməkdədir.

Bunu Trend-ə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib.

O bildirib ki, Ramazan ayında aparılan monitorinqlərdə əsas diqqət mərkəzində olan məsələlərdən biri Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi “Ramazan təqvimi”nə riayət olunmasına nəzarət edilməsidir.

“Bu məqsədlə Dövlət Komitəsi tərəfindən Ramazan ayında fərqli təqvimlərin yayılmasının yolverilməzliyinə, vahid Ramazan təqviminə riayət olunmasının vacibliyinə dair çağırışlar edilib.

Qeyd edək ki, Ramazan ayında keçirilən monitorinqlərdə hələ ki hər hansı ciddi qanun pozuntusu aşkar olunmayıb”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti