...

Şuşada Kulinariya Festivalında bu gün nələr oldu? (FOTO)

Gündəm Materials 6 May 2022 21:04 (UTC +04:00)

Bakı. Trend:

Mayın 5-dən Şuşada başlayan Beynəlxalq Kulinariya Festivalında təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılan 25-dən çox pavilyon da fərqli formatdadır. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayır, tanınmış əsərlərdən parçalar səhnələşdirilir.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti