...

Dünyada meymunçiçəyiyə 3,2 mindən çox yoluxma faktı aşkarlanıb

Gündəm Materials 24 İyun 2022 03:48 (UTC +04:00)
Dünyada meymunçiçəyiyə 3,2 mindən çox  yoluxma faktı aşkarlanıb

Bakı. Trend:

2022-ci ilin əvvəlindən 48 ölkədə 3,2 mindən çox meymunçiçəyiyə yoluxma halı aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. O vaxtdan bəri, Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə 3200-dən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma və bir ölüm hadisəsi barədə məlumatlar gəlib", - deyə təşkilatın baş direktoru qeyd edib.

Onun sözlərinə görə, virusun insandan insana ötürülməsi miqyası "yəqin ki, lazımi səviyyədə qiymətləndirilməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti