...

İran səfirliyi Azərbaycan ordusunu təbrik edib

Gündəm Materials 26 İyun 2022 16:41 (UTC +04:00)
İran səfirliyi Azərbaycan ordusunu təbrik edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycandakı səfirliyi Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edib.

Trend-in məlumatına görə, bununla əlaqədar İranın Azərbaycandakı Səfirliyi özünün Twitter səhifəsində paylaşım edib.

“İran Səfirliyi Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edir. İki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək”, - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti