...

Ağdaşda polis əməkdaşı yol qəzasında ölüb

Gündəm Materials 3 İyul 2022 09:48 (UTC +04:00)
Ağdaşda polis əməkdaşı yol qəzasında ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaşda Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı qəzada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saatlarında Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

Nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş rayon prokurorluğundan araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti