...

Bakı Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verildi

Gündəm Materials 8 İyul 2022 11:48 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, deputatlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə ediliblər.

Məsələ haqqında məlumat verən deputat Nizami Səfərov bildirib ki, hakim E.Nağıyevanın fəaliyyətində ciddi nöqsanlar olduğuna görə onun səlahiyyətlərinə xitam verilməsi təklif edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti