...

Bakının əsas prospektlərindən biri təmir olunur (FOTO/VİDEO)

Gündəm Materials 15 Avqust 2022 17:03 (UTC +04:00)
Bakının əsas prospektlərindən biri təmir olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində təmir işləri icra olunur.

Agentlikdən Trend-ə verilən məlumata görə, təmir sözügedən prospektin Bakıxanov küçəsindən və Əbdülvahab Salamzadə küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin uzunluğu 1600 metr təşkil edir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti