Bakı. Trend:
Sumqayıtda dənizdən 2 meyit tapılıb.
Trend xəbər verir ki, dünən axşam saatlarında Sumqayıt-Novxanı yolunun kənarındakı istirahət mərkəzində birgə dənizə girən şəxslərin sonradan meyiti tapılıb. Ehtimal olunur ki, suda boğulan şəxslərin meyitini dalğalar sahilə çıxarıb.
Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.