...

Qurumlar Bakıda ana olan 13 yaşlı qız və körpəni nəzarətə götürüb

Gündəm Materials 7 Sentyabr 2022 14:26 (UTC +04:00)
Qurumlar Bakıda ana olan 13 yaşlı qız və körpəni nəzarətə götürüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsmanın nümayəndələri Bakıda ana olmuş azyaşlı ilə görüşüblər.

Qurumdan Trend-ə verilən məlumata görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.

Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar.

Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb.

Eyni zamanda 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlara müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O vurğulayıb ki, Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib.

“Qeyd edək ki, azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məsələlər Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir”, - deyə Teymur Mərdanoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti