...

NATO-nun Bakıda keçirilən kursu başa çatıb (FOTO)

Gündəm Materials 30 Sentyabr 2022 10:04 (UTC +04:00)
NATO-nun Bakıda keçirilən kursu başa çatıb (FOTO)

Bakı. Trend:

NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.

Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti