...

Özünü polis əməkdaşı kimi təqdim edən “Tik-tok” istifadəçisi polis orqanına dəvət olunub

Gündəm Materials 29 Oktyabr 2022 15:12 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə “Tik-tok” sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən tədbirləri müzakirə etmələrini əks etdirən video paylaşılıb.

Bununla əlaqədar DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, görülən müvafiq tədbirlərlə videonun O.Məmmədov və K.Zöhrabova tərəfindən 2021-ci ildə çəkildiyi müəyyən olunub.

Onlar polis orqanına dəvət olunublar.

Müvafiq izahedici söhbətlər aparıldıqdan sonra onlar yanlış hərəkətlərə yol verdiklərini etiraf edərək qeyd olunan görüntüləri sosial şəbəkə hesablarından siliblər, istifadə etdikləri xidməti geyimi təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti