...

Polis Bakıda taksi sürücülərinə qarşı əməliyyat keçirib (VİDEO)

Gündəm Materials 22 Noyabr 2022 12:50 (UTC +04:00)
Polis Bakıda taksi sürücülərinə qarşı əməliyyat keçirib (VİDEO)

Bakı. Trend:

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqpozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti