...

İndiyə qədər Sarıbaba yüksəkliyinin olduğu ərazidən 1300 ədəd piyada əleyhinə mina aşkarlanıb (FOTO)

Gündəm Materials 24 Noyabr 2022 14:38 (UTC +04:00)
İndiyə qədər Sarıbaba yüksəkliyinin olduğu ərazidən 1300 ədəd piyada əleyhinə mina aşkarlanıb (FOTO)

Laçın. Trend:

İndiyə qədər Sarıbaba yüksəkliyinin olduğu ərazidən 1300 ədəd piyada əleyhinə mina aşkarlanıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun polkovnik- leytenantı Cavid Cabbarov bu gün Laçında səfərdə olan hərbi attaşelərə məlumat verərkən bildirib.

"Hazırda 350 piyada əleyhinə mina aşkarlanıb. Sülhməramlılar dəvət olunub, baxış keçirilib. Onların da nəzarəti altında minaların təmizlənməsinə start veriləcək. Piyada əleyhinə minalar 2021-ci il istehsalıdır. Ehtimal olunur ki, ermənilər Xankəndi istiqamətində əraziyə soxulub və ərazidə piyada əleyhinə tələ minalar basdırıblar", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 21-də Laçın rayonunda yerləşən Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bu gün isə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Sarıbabada mina sahəsinə baxış keçiriblər. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti