Bakı. Trend:
"G7" ölkələri Rusiyadan dəniz yolu ilə ixrac edilən neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə bu ölkələrinin açıqlamasında bildirilib.
"G7" Avstraliya ilə Avropa İttifaqına qoşularaq Rusiyadan dəniz ilə tədarük edilən neftinin bir barel üçün qiymət həddini 60 dollar məbləğində qəbul edir", - deyə qeyd olunub.
Öz növbəsində ABŞ-ın maliyyə naziri Canet Yellen qeyd edib ki, Vaşinqtonun fikrincə, belə bir addım bir tərəfdən Rusiya Federasiyasının gəlirlərini məhdudlaşdıracaq, digər tərəfdən isə “dünyada enerji təchizatının sabitliyini qoruyacaq."