Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə iki postumuz - Qazançı və Eyvazlı postları fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu postlar Zəngilanda və Qubadlıdadır.
“Postdan üç avtomobil keçmişdi, İran sürücüləri yol vergisindən yayınmaq istəyirdilər. Son həssas vaxtlarda hərəkət yox idi, indi müəyyən hərəkət var. Azad edilmiş ərazilərdə layihələrimiz var, çalışacağıq ki, hər hansı bir yanlışlığa yol verməyək”, - deyə o əlavə edib.