...

Humanitar Minalarla Mübarizə Assosiasiyası Bakıda nümayəndəlik açmaq niyyətindədir (Özəl)

Gündəm Materials 19 Dekabr 2022 14:34 (UTC +04:00)
Humanitar Minalarla Mübarizə Assosiasiyası Bakıda nümayəndəlik açmaq niyyətindədir (Özəl)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq ictimaiyyət Qarabağdakı mina terroruna səssiz qalmamalıdır.

Bunu Trend-ə özəl açıqlamasında Humanitar Minalarla Mübarizə Assosiasiyasının (İMFAD) sədri Gürkan Keskin deyib.

O qeyd edib ki, Azərbaycana mina probleminin həlli istiqamətində dəstək verməyə hazırdırlar:

"Bu istiqamətdə aprel ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Anlaşma Memorandumu imzaladıq. Qarabağda mina ilə kirlədilən əraziləri xüsusilə də Ağdamı görmək və vəziyyətlə yerində tanış olmaq fürsətimiz oldu. Həmin ərazilərə uyğun layihələr hazırladıq və hazırda layihələri reallaşdırmaq istiqamətində müəyyən işlər gedir.

Növbəti ildən etibarən Bakıda bir nümayəndəlik açıb Qarabağda, ANAMA-nın fəaliyyət göstərdiyi ərazilərdə əməkdaşlıq etməyi çox istəyirik. Biz minaların təmizlənməsi, minadan zərər çəkən insanlara yardım və bununla əlaqəli sahələrdə fəaliyyət göstəririk. Qardaş Azərbaycana mina probleminin həlli istiqamətində dəstək verməyə hazırıq. Beynəlxalq ictimaiyyət bu problemin həll edilməsinə səssiz qalmamalı və dəstək olmalıdır", - deyə G.Keskin əlavə edib.

Xatırladaq ki, 1 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Minatəmizləməsi Agentliyi (ANAMA) və Humanitar Minalarla Mübarizə Assosiasiyası (İMFAD) arasında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti