...

Özbəkistanın Millətlərarası Münasibətlər Komitəsi Azərbaycanla memorandum imzalayacaq

Gündəm Materials 20 Dekabr 2022 16:44 (UTC +04:00)
Özbəkistanın Millətlərarası Münasibətlər Komitəsi Azərbaycanla memorandum imzalayacaq
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri üzrə Komitəsi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzalayacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəmbek Kurbanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən beynəlxalq forum zamanı deyib.

“Düşünürəm ki, bu əməkdaşlıq diasporların maraqlarını qorumaq üçün birgə fəaliyyətə növbəti stimul olacaq”, - deyə Qurbanov bildirib.

O, bu tədbirin əhəmiyyətini də vurğulayıb: “Bugünkü tədbir xüsusidir. Çünki ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə TDT-yə üzv ölkələrin diasporla ilə iş üzrə dövlət orqanlarının rəhbərləri bir araya toplaşıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti