...

Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb

Gündəm Materials 20 Dekabr 2022 15:56 (UTC +04:00)
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb

Bakı. Trend:

Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.

Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.

X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti