...

Sülhməramlıların təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 23 Dekabr 2022 11:56 (UTC +04:00)
Sülhməramlıların təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qısa fasilə ilə toplam 11 nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət edib.

Dünən də sülhməramlıların 5 təminat avtomobili Laçın yolundan keçmişdi.

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti