Bakı. Trend:
Növbəti ildə hər hansı stansiyanın açılışı gündəmdə deyil.
Trend-in məlumatına görə, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və "Xocəsən" stansiyasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sərnişin sıxılığı ilə əlaqəli 2019-cu illə müqayisədə sıxlıqda bir fərq görülmür.
“Son zamanlar sərnişin sıxlığı mövcuddur. Lakin metropoliten öz üzərinə düşən bütün vəzifəni təmin etməklə sərnişindaşımada öz əməli fəaliyyətini təmin edir”,- deyə o əlavə edib.