...

SOCAR-ın prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib (FOTO)

Gündəm Materials 9 Fevral 2023 18:17 (UTC +04:00)
SOCAR-ın prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şöhrət İsa-zadə və Ramil Abulov ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Şöhrət İsa-zadə və Ramil Abulovu ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında olmaları münasibətilə təbrik edən Rövşən Nəcəf onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. SOCAR-ın prezidenti qaliblərin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasının önəmli olduğunu qeyd edib. Rövşən Nəcəf layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini, həmçinin qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şəraitin yaradılacağını vurğulayıb.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində SOCAR-ın prezidentinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti