...

WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır

Gündəm Materials 7 Mart 2023 10:41 (UTC +04:00)
WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır.

Trend-in məlumatına görə, "Müddəti Bitmiş Qruplar" funksiyası ilə istifadəçilər həmin qrup üçün son istifadə tarixi təyin edə biləcəklər.

WhatsApp istifadəçiləri qrupları silmək üçün gün, həftə və ya xüsusi tarix arasında seçim edə biləcəklər. Seçilmiş tarix yalnız seçilmiş qrup iştirakçısı tərəfindən etibarlı olacaq. Digər qrup iştirakçıları özləri üçün ayrıca bir tarix seçə biləcəklər.

Bu funksiya hazırda iOS 23.5.0.70 üçün WhatsApp-ın Beta inkişaf mərhələsindədir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ ki, məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti