...

Ötən ay 900-dən çox mina zərəzsizləşdirilib

Gündəm Materials 3 Aprel 2023 12:25 (UTC +04:00)
Ötən ay 900-dən çox mina zərəzsizləşdirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay ərzində 926 mina aşkarlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli,Laçın, Xocalı, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5983.6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti