...

Laçında mina partlayıb, bir nəfər yaralanıb

Gündəm Materials 12 Aprel 2023 14:55 (UTC +04:00)
Laçında mina partlayıb, bir nəfər yaralanıb

Bakı. Trend:

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti