...

Sülhməramlılara aid 39 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 18 Aprel 2023 12:18 (UTC +04:00)
Sülhməramlılara aid 39 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus məxsus avtomobillər maneəsiz keçid edib. Son bir saatda Xankəndindən gələn 39 avtomobil aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib. Avtomobil karvanları da minik, yük, yanacaq və şəxsi heyət daşıyan avtomobillərdən ibarət olub. Sərnişin daşıyan hərbi avtobuslarda mülkü şəxslər olub.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 128 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti