...

Sumqayıtdakı hadisədə məşqçinin hərəkəti vəhşilikdir - Əməkdar məşqçi

Gündəm Materials 3 May 2023 14:46 (UTC +04:00)
Sumqayıtdakı hadisədə məşqçinin hərəkəti vəhşilikdir - Əməkdar məşqçi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün əvvəl Sumqayıtda samboçu Mehman Xəlilovun məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək, onun ölümünə səbəb olub.

Bəs məşqlər keçirilərkən tələbələrlə necə davranılmalıdır?

Məsələ ilə bağlı Trend-ə danışan Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənov bildirib ki, tələbələrə yaşına görə məşq keçirilməlidir.

"İlk növbədə məşqçi ağıllı, məntiqli və lisenziyası olan şəxs olmalıdır. Bundan başqa məşq keçilən zalların da yaxşı şəraiti olmalıdır. Yaşından aslı olmayaraq məşq zamanı heç bir tələbəyə qarşı kobud hərəkətlərə yol verilməməlidir. Çox adam bilmir ki, ən travmalı idman növləri futbol və basketboldur. Sumqayıtda samboda baş verən hadisədə məşqçinin hərəkəti vəhşilikdir. Məşqçinin tələbələrə qarşı xüsusilə də azyaşlı uşaqlara qarşı belə hərəkətləri yolverilməzdir.Yaxşı məşçi heç vaxt belə hərəkətlər eləmir. Mən illərdir ki, dörd yaşında olan uşaqlara cüdodan məşq keçirəm. Uşaqlara xüsusi həssaslıqla yanaşırıq. İstənilən məşq zallarında məşqçi belə davranmalıdır. Valideyinlərə tövsiyyəm budur ki, övladların məşqə yazdıranda klubların və məşqçilərin lisenziyası olmasını yoxlasınlar", - deyə əməkdar məşqçi qeyd edib.

Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti