...

Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər

Gündəm Materials 24 İyun 2023 15:34 (UTC +04:00)
Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

3 iyul 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq verilməsi təmin olunacaqdır.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Qatarların Qovlar stansiyasında dayanması üçün müvafiq texniki tapşırıqların icrası tam yekunlaşıb.

Marşrut üzrə Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yerlərdə 16 AZN təşkil edir.

İyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Xatırladaq ki, ADY 18 mart 2023-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadıb.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti