...

Muxtar Babayev Söyüdlüdə fəaliyyət göstərən zavodun nöqsanlarını açıqladı

Gündəm Materials 12 İyul 2023 16:26 (UTC +04:00)
Muxtar Babayev Söyüdlüdə fəaliyyət göstərən zavodun nöqsanlarını açıqladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb.

Trend xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib.

"Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə honası müəyynələşdirməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti