...

Ordumuzun hərbçisi intihar etdi - Cinayət işi açıldı

Gündəm Materials 14 İyul 2023 10:55 (UTC +04:00)
Ordumuzun hərbçisi intihar etdi - Cinayət işi açıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edili və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - Hərbi Prokurorluğun rəsmisi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti