...

Neftçalada şirkət rəhbəri cərmələnib

Gündəm Materials 21 İyul 2023 14:52 (UTC +04:00)
Neftçalada şirkət rəhbəri cərmələnib

Bakı. Trend:

Neftçalada şirkət rəhbəri cərmələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı məyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti