...

Baş Prokurorluq mediaya çağırış edib

Gündəm Materials 28 İyul 2023 09:38 (UTC +04:00)

Bakı. Trend:

Baş Prokurorluq mediaya çağırış edib.

Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur.

Xəbər lenti

Xəbər lenti