...

Bərdə subasma nəticəsində ilkin dəymiş ziyan məlum olub - Kənd sakinləri danışdı (REPORTAJ)

Gündəm Materials 3 Avqust 2023 15:02 (UTC +04:00)
Bərdə subasma nəticəsində ilkin dəymiş ziyan məlum olub - Kənd sakinləri danışdı (REPORTAJ)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Yuxarı-Qarabağ kanalının Bərdə rayonunun ərazisindən keçən hissəsində dağılan torpaq bənd artıq bərpa edilib.

Trend-in yerli bürosu xəbər verir ki, rayonun Qaraqoyunlu kəndinin ərazisndən keçən Yuxarı-Qarabağ kanalının 8 metr uzunluğunda uçan bəndi artıq tam bərpa olunub. Hazırda ərazidə texnikalar vasitəsi ilə sahil bərkitmə işləri davam etdirilir.

Bəndin yarılması nəticəsində rayonun Qaraqoyunlu kəndində 35 fərdi yaşayış evinin zirzəmisini və 10 hektar həyətyanı torpaq sahəsini, 60 hektar pambıq, 10 hektar lobya sahəsini, həmçinin kənd qəbirstanlığında yerləşən 50 qəbiri su basmış, 2 min ədəd ot bağlaması, 15 ton taxıl, iki minik avtomobili (VAZ-2107 və Mersedes markalı maşınlar ) suyun altında qalıb.

Kənd sakini Zeynəb Baxşalıyeva Trend-ə açıqlamasında bildirib ki, 8 ton taxılı suyun içində qalıb.

"Hardasa bir 50-60 dənə toyuq cücəmiz tələf oldu. Heyvanlarımızıl polislər gəlib çıxardı. Evə də ziyan dəyib. 3 otağımız yararsız vəziyyətə düşüb", - deyə o, əlavə edib.

Kənd sakini Ramil Əliyev isə Trend-ə açıqlamasında bildirib ki, evlərinin zirzəmisi suyun içində qalıb.

"Təsərüffata ziyan dəydi. Taxıl yığmışdıq qış hazırlığına. Mal heyvana biraz ziyan dəydi. Çox evlər bərbad haldaydı. İndi lazım olan tədbirlərdə görülür", - deyə kənd sakini əlavə edib.

Hazırda Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmş fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyan dəqiqləşdirilir.

Qeyd edək ki, 2 avqust tarixində Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb. FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti