...

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı zərbələr endirir

Gündəm Materials 14 Oktyabr 2023 20:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında Fələstinin "HƏMAS" terror təşkilatının hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.

"İsrail ordusu hazırda Qəzza zolağında "HƏMAS" terror təşkilatının hədəflərinə irimiqyaslı zərbələr endirir", - deyə qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti