...

“WhatsApp”dan böyük yenilik: İnanılmaz yenilik gəlir

Gündəm Materials 24 Noyabr 2023 20:17 (UTC +04:00)
“WhatsApp”dan böyük yenilik: İnanılmaz yenilik gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”a süni intellektli chatbot funksiyası əlavə edilib.

Trend-in məlumatına görə, “WhatsApp” 2.23.24.26 beta versiyasında söhbətlər bölməsində yeni qısayol vasitəsilə əldə edilə bilən bu chatbot istifadəçi təcrübəsini kökündən dəyişdirməyi hədəfləyir. Bu yeni xüsusiyyət istifadəçilərə gündəlik tapşırıqlarını daha asan idarə etməyə imkan verəcək.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti