...

Qalıq yanacaqlardan asılılığına mümkün qədər tez son qoymaq lazımdır - Şarl Mişel

Gündəm Materials 1 Dekabr 2023 23:11 (UTC +04:00)
Qalıq yanacaqlardan asılılığına mümkün qədər tez son qoymaq lazımdır - Şarl Mişel
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Dubay. Trend:

Qalıq yanacaqlardan asılılığına mümkün qədər tez son qoymaq lazımdır.

Trend-in məlumatına görə, bu barədə Aİ Şurasının sədri Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammiti zamanı deyib - COP28 deyib.

"İstiləşməni 1,5°C-də saxlamaq məqsədini saxlamalıyıq. Və biz ümumi gələcəyimizi təhdid edən qalıq yanacaqlardan asılılıqdan sürətlə uzaqlaşmalıyıq. Bu sammit həqiqətən də vicdan imtahanıdır: biz Paris sazişi üzrə öhdəliklərin bütün dünyada yerinə yetirilməsini nəzərdən keçirəcəyik. İlk növbədə, daha çox səy göstərməli və daha sürətli hərəkət etmək lazımdır", - deyə o bildirib.

Ş.Mişel vurğulayıb ki, Avropa İttifaqı bu məsələyə tam sadiqdir.

"Biz bu işdə aparıcı rol oynamağa davam etmək istəyirik. İqlim dəyişikliyi ilə mübarizə bizim inkişaf gündəmimizdir. Yaşıl Sövdələşmə və 55 faiz hədəfinə uyğunlaşma ilə biz iqtisadi inkişaf paradiqmamızı əsaslı şəkildə dəyişdirmək üçün paketlər həyata keçiririk. Beləliklə, biz 1990-cı ildən bəri tullantıları 30 faiz azaltmaqla irəliləyiş əldə etdik. İnanırıq ki, karbon qiymətləri mexanizmi düzgün yolda irəliləməyə davam edəcək, və başqalarını bizi dəstəkləməyə çağırırıq. Biz bərpa olunan enerjinin istifadəsini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə artırmağa qərarlıyıq. Biz ədalətli enerji keçidi üçün tərəfdaşlıq öhdəliklərimizə sadiqik", - deyə o qeyd edib.

Ş.Mişelin sözlərinə görə, Aİ Bretton-Vuds institutlarında islahatları da dəstəkləyir:

"Biz daha çox ədalət, daha çox inam, daha çox inklüzivlik gətirməliyik. Avropa İttifaqı loyal və sadiq tərəfdaşdır. Qarşıdan gələn onillik həlledici əhəmiyyət daşıyır və biz bəşəriyyəti qorumaq üçün hər birinizlə işləməyə tam sadiqik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti