Bakı. Trend:
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il
və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta
ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi
hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən
sonra “Kiçik leytenant” hərbi rütbəsi verilib.
Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha
çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində)
təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən
edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi
rütbəsi veriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.