Bakı. Trend:
İsrail ordusu Fələstinin "HƏMAS" hərəkatının yüksək rütbəli nümayəndəsini zərərsizləşdirildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti xəbər verib.
Məlumata əsasən, "HƏMAS"ın yüksək rütbəli nümayəndəsi İsrail Müdafiə Qüvvələri (ÇAXAL) vəÜmumi Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Nəşr bildirib ki, "HƏMAS"ın silah istehsalı, alınması və tədarükünə cavabdeh olan Həsən əl-Atraş İsrail Hərbi Hava Qüvvələrinin cənubdakı Rəfah şəhərində idarə etdiyi avtomobilə endirdiyi zərbə nəticəsində öldürülüb.
İsrail kəşfiyyat xidmətləri əl-Atraşın müxtəlif ölkələrdən Qəzzaya silah qaçaqmalçılığını təşkil etdiyi və son vaxtlar İordan çayının qərb sahilinə silahların çatdırılmasında iştirak etdiyi barədə məlumatlar verib.