...

Keçən il ərzində milyonlarla zərərverici keçid bloklanıb - Dövlət Xidməti

Gündəm Materials 17 Yanvar 2024 15:47 (UTC +04:00)
Keçən il ərzində milyonlarla zərərverici keçid bloklanıb - Dövlət Xidməti
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberhücum cəhdlərinin analizi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 1162 xüsusi kiberhücum indikatoru müəyyən edilərək, “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.

Qeyd edilib ki, həmçinin, hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911,430,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7,464,500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103,650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməyib.

Bununla yanaşı, kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti