...

Özgə əmlakına vurulmuş 36 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub

Gündəm Materials 19 Yanvar 2024 15:10 (UTC +04:00)
Özgə əmlakına vurulmuş 36 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 014 manatının ödənilməsi təmin olunub.

Trend xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsində qeyd olunub.

"Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə *43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Bundan başqa, ötən dövrdə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib.

İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti