Bakı. Trend:
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.
Trend xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr
olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının
pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək
miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin
şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab
edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur,
vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək
miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda
cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, dini ekstremizm əleyhinə xüsusi
əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop
maddələr olan dərman vasitələrinin dövriyyəsinin
məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər əlli manatdan
səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və
pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin
tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati
həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı
yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min
manatadək miqdarda cərimə edilir.